Qana millisində ayrılıq - BAŞ MƏŞQÇİ İSTEFA VERDİ
01.10.2026 - 21:17
Qana millisində ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, yığma ilə baş məşqçi Karlos Keyruş arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2026-cı il dünya çempionatında Qana millisinin baş məşqçisi olub və komanda ilə Afrika Millətlər Kubokunun seçmə mərhələsində mübarizəyə başlayıb. Qana Kot-d’İvuara (0:2) və Qambiyaya (2:4) məğlub olub. Nəticədə komanda qrupda sonuncu pillədə qərarlaşıb.
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
0
0