“Qarabağ”ın Bəhlul Mustafazadə planı
26.10.2023 - 13:21
“Qarabağ”ın Bəhlul Mustafazadə planı

“Qarabağ” müdafiəçisi Bəhlul Mustafazadə ilə yoluna davam etmək istəyir.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi müdafiəçisinə yeni müqavilə təklif edəcək.

Onun xidmətində Avropadan bir çox klublar maraqlıdır. Azərbaycan çempionu isə onunla müqavilə müddətini minimum iki illik artırmaq istəyir.

Qeyd edək ki, 26 yaşlı futbolçunun “Qarabağ”la  hazırkı müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

0