“Qarabağ”ın rəqibi: “Bizim yerimiz Çempionlar Liqasıdır”
06.11.2023 - 14:47
“Qarabağ”ın rəqibi: “Bizim yerimiz Çempionlar Liqasıdır”

“Mövsümə əla başladığımız üçün çox şadam. Futbolçu bilmir ki, yayda klubunu dəyişəndən sonra necə olacaq”.

Apasport.az xəbər verir ki, bunu “Bayer”in futbolçusu Alexandro Qrimaldo deyib.

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan Almaniya klubuna bu yay keçən müdafiəçi yeni komandasının uğurlu çıxışı barədə fikirlərini açıqlayıb: “Amma start yaxşı alındı. Klubdan, baş məşqçidən, öz formamdan razıyam. Bu səviyyəni qorumaq çətindir. Əla komandamız və baş məşqçimiz 
var. Zirvədə qalmaq üçün mübarizə apara bilərik. “Bavariya”, “Leypsiq” və Dortmund “Borussiya”sını narahat olmağa məcbur edəcək gücdəyik”.

Qrimaldo “Bayer”i Avropa Liqasından daha yüksək səviyyədə görür: “Hazırda Avropa Liqasında qrup lideriyik. Amma gələn il Çempionlar Liqasına qayıdacağımızı düşünürəm. Çünki bizim yerimiz Çempionlar Liqasıdır”.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında IV turun oyunu noyabrın 9-da keçiriləcək. III turun Leverkuzendəki görüşündə meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. Qrimaldo həmin görüşdə iki dəfə fərqlənib.
 

0