“Qarabağ”ın rəqibi səfərdə üç xal qazandı
21.10.2023 - 20:47
“Qarabağ”ın rəqibi səfərdə üç xal qazandı

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb.

Apasport.az saytı xəbər verir ki, “Bayer” səfərdə “Volfsburq”a qalib gəlib.

Leverkuzen klubunun qollarını Frimponq və Qrimaldo vurublar. Bu qələbə sayəsində komanda 1-ci pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, “Qarabağ” oktyabrın 26-da səfərdə “Bayer”in qonağı olacaq.

Almaniya Bundesliqası
8-ci tur

“Darmstadt” – “Leyptsiq” – 1:3
“Frayburq” – “Bohum” – 2:1
“Hoffenhaym” – “Ayntraxt” – 1:3
“Union Berlin” – “Ştutqart” – 0:3
“Volfsburq” – “Bayer” L – 1:2

0