"Qarabağ"ın Romao planı
07.11.2023 - 16:51
"Qarabağ"ın Romao planı

"Qarabağ"ın futbolçusu Julio Romao komandada qalacaq.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi braziliyalı futbolçunun müqavilə müddətini artırmağı planlaşdırır.

Artıq klub futbolçuya təklif göndərib. 25 yaşlı futbolçunun hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. Tərəflərin daha bir illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Romao 2022-ci il iyulun 17-də Portuqaliyanın "Santa-Klara" klubundan "Qarabağ"a keçib. O, daha əvvəl "Ponte Preta", "Santa Kruz" klublarında çıxış edib.

0