"Qarabağ"ın sabiq qapıçısı: "Bakıdakı oyun fərqli alınacaq"
09.11.2023 - 13:44
"Qarabağ"ın sabiq qapıçısı: "Bakıdakı oyun fərqli alınacaq"

"Qarabağ"ın Bakıda " Bayer"ə qarşı oyunu fərqli olacaq"


Bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Vaqner Da Silva apasport.az saytına açıqlamasında deyib.

Ağdam klubunun qapısını qorumuş braziliyalı bu gün sabiq komandasının Avropa Liqasının qrup mərhələsinin dördüncü mərhələsində " Bayer"ə qarşı keçirəcəyi oyunla bağlı danışıb:

"Qarabağ" uzun illərdir ki, avrokuboklarda oynayır və məncə, böyük təcrübəyə malikdir. Bu mövsümkü avrokubok matçlarında "Qarabağ" çox yaxşı oyun sərgiləyib. "Molde" və "Haken"ə qarşı keçirilmiş matçına baxmışdım. Onlar çox gözəl oyun sərgiləmişdi. Bu mənada, "Qarabağ" avrokuboklarda ən yaxşı oyun nümayiş etdirən komandalardandır. "Bayer" ə qarşı Leverkuzendəki oyun çox ağır alındı. Çünki onlar əla formadadır. Rəqib nə qədər güclü olsa da Bakıdakı görüş daha fərqli alınacaq. "Qarabağ"ın Bayer"ə qarşı göstərəcəyi oyun daha maraqlı olacaq. Ümid edirəm ki, hər şey yaxşı olar və sevimli komandam uğurlu nəticə göstərəcək".

0