“Qarabağ”ın Səfərov planı
18.10.2023 - 16:22
“Qarabağ”ın Səfərov planı

Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Səfərov karyerasında dəyişiklik edə bilər. 

Apasport.az xəbər verir ki, “Qəbələ”nin futbolçusunun xidmətində maraqlı olan klublar var. 

Azərbaycan çempionu “Qarabağ” 20 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Ağdam təmsilçisi yayda gənc futbolçunun keçidini həll etmək üçün cəhdlər edəcək. 

Qeyd edək ki, Səfərov 2021-ci ildən "Qəbələ"nin əsas komandasının üzvüdür və onun klubu ilə 2025-ci il iyulun 30-na qədər qüvvədədir.

0