Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Gent” oyunu yubiley qələbəsi ilə əlamətdar ola bilər.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda qalib ayrılsa, Azərbaycan klublarının avrokuboklarda 75-ci ev qələbəsi qeydə alınacaq.
Qitə səhnəsinə 1994-cü ildə çıxan təmsilçilərimiz indiyədək 74 dəfə doğma divarlar arasında sevinib. 210-cu sınaq “75”ə çatmaqla nəticələnə bilər.
Qeyd edək ki, “Qarabağ” – “Gent” görüşü fevralın 16-da baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 21:45-də başlayacaq.
- I Liqada üç turun oyun cədvəli bəlli olub
- “Real”ın yeni hədəfi – Van Daykı pulsuz transfer etmək istəyir
- "Neftçi" - "Sabah" matçının biletləri satışa çıxarılır
- "Zirə"nin aşağı yaş qruplarının üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
- “Bir anda 32 il əvvələ qayıtdım” – Bəxtiyar Musayevdən “Fənərbaxça” xatirələri