“Qarabağ”la “Neftçi”nin futbolçuları oynadı, komandaları uduzdu
15.10.2024 - 13:43
“Qarabağ”ın futbolçusu Marko Yankoviç və “Neftçi”nin oyunçusu Edvin Kuçun formasını geydiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Monteneqro yiğması Kardiffdə Uels millisinin qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Monteneqro millisinin heyətində meydana start heyətində çıxan Marko Yankoviç 82-ci dəqiqədə Edvin Kuçla əvəzlənib.
4 turdan sonra Monteneqro millisinin xalı yoxdur. Uels isə 8 xalla ikincidir. Qrupda 10 xalla Türkiyə yığması liderlik edir.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
0
0