“Qarabağ”la oyun öncəsi Alonsoya şad xəbər – bəraət
25.10.2023 - 23:49
“Qarabağ”la oyun öncəsi Alonsoya şad xəbər – bəraət

Ali Məhkəmə “Bayer”in baş məşqçisi Xabi Alonso haqqında qərar çıxarıb.

Apasport.az xəbər verir ki, o, vergidən yayınmaqda günahlandırlırdı.

İspaniyanın Ali Məhkəməsi Madrid prokuraturasının tələbini rədd edərək, ispaniyalı mütəxəssisə bəraət verib. Tələbdə Xabi Alonsonun “Real”da çıxış edərkən 2 milyon avro vergidən yayınmaqda şübhəli bilinirdi. Amma onun günahı təsdiq olunmayıb.

Qeyd edək ki, Leverkuzen “Bayer”ı sabah Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq.
 

0