Qarşınızda "Kəpəz"in yeni baş məşqçisi
09.11.2023 - 20:52
Qarşınızda "Kəpəz"in yeni baş məşqçisi

Kəpəz”in yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Apasport.az Sport24.az-a istinadən məlumat verir ki, “sarı-göylər”in “sükanı” Adil Şükürova tapşırılıb.

Onunla 2024-2025-ci il mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis karyerası ərzində “Zirə” ilə və I Liqada çıxış edən “Şüvəlan"ı çalışdırıb.  

0