“Qəbələ” Macarıstan səfərində
25.10.2023 - 11:04
“Qəbələ” Macarıstan səfərində

UEFA Gənclər Liqasında mübarizə aparan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Çempionlar yolunun I mərhələsində “Puşkaş Akademiya” ilə qarşılaşan təmsilçimiz  Macarıstanda keçiriləcək cavab matçına çıxacaq.

Bu gün keçiriləcək görüş “Puşkaş Akademiya Panço Arena”da baş tutacaq. “Qırmızı-qaralar” mərhələ adlamaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, ilk oyun heç-heçə 1:1 hesablı heç-heçə qeydə alınıb.

UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
18:00. “Puşkaş Akademiya” (Macarıstan) - “Qəbələ” (Azərbaycan)

Baş hakim: Mohammad Usman Aslam (Norveç)
“Puşkaş Akademiya Panço Arena”
 

0