“Qəbələ” üçün “Olimpiakos”
26.10.2023 - 10:17
“Qəbələ” üçün “Olimpiakos”

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasındakı növbəti rəqibi müəyyənləşib. 

Apasport.az xəbər verir ki, “qırmızı-qaralar” Çempionlar yolunun 2-ci mərhələsində Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq.

Pireylilər 1-ci mərhələdə “Leççe”ni mübarizədən kənarlaşdırıb. Evdə 3:1 hesabı ilə qalib gələn “Olimpiakos” İtaliyada təşkil olunan cavab görüşündə də qələbə qazanıb – 3:1.

2-ci mərhələnin qarşılaşmaları noyabrın 8-də və 29-da təşkil olunacaq. “Qəbələ” “Olimpiakos”la ilk matçı evdə keçirəcək.

Qeyd edək ki, “qırmızı-qaralar” 1-ci mərhələdə Macarıstanın “Puşkaş Akademiya” klubu ilə görüşüb. Evdə 1:1 hesablı heç-heçə edən komandamız səfərdə qalib gəlib – 1:0. 

0