Qərb derbisinə 5000 bilet satılıb
28.08.2026 - 18:32
Qərb derbisinə 5000 bilet satılıb

"Kəpəz" Misli Premyer Liqasının 3-cü turunda Gəncə şəhər stadionunda "Turan Tovuz"u qəbul edəcək.

Apasport.az xəbər verir ki, Qərb derbisi üçün bilet satışı davam edir. Artıq 5000 bilet öz sahibini tapıb.

Biletləri Gəncə şəhər stadionunun bilet satış məntəqəsindən və iTicket.az platforması üzərindən onlayn əldə etmək mümkündür.

Qeyd edək ki, "Kəpəz" Gəncə şəhər stadionu yenidən qurulduqdan sonra doğma  meydanda ilk oyununa çıxacaq. Qarşılaşma avqustun 30-da keçiriləcək və saat 18:00-da start götürəcək.