Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə Quba rayonunun Qrız kəndində "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" keçirilib.
Apasport.az xəbər verir ki, turnirin ilk günü təbii qayalar üzərində boulderinq yarışı təşkil olunub.
Yarış 10-13, 13-16 və 16 yaşdan yuxarı olmaqla üç kateqoriya üzrə keçirilib.
İdmançılar müxtəlif çətinlik dərəcəsinə malik marşrutlarda güc, texnika və çevikliklərini nümayiş etdiriblər. Eyni zamanda, iştirakçılar üçün dağlarda təhlükəsizlik qaydaları, dağçılıq avadanlıqlarından düzgün istifadə, sığortalanma üsulları və fövqəladə hallarda davranış qaydalarına dair nəzəri və praktiki təlimlər, eləcə də master-klasslar keçirilib.
Turnirin ikinci günü iştirakçılar Qrız kəndindən Qur-Qur şəlaləsi istiqamətində dağ yürüşü həyata keçiriblər. Yürüş zamanı onlar dağ şəraitində təhlükəsiz hərəkət, marşrutun düzgün seçilməsi və keçilməsi, eləcə də komanda işi üzrə əldə etdikləri bilikləri praktiki şəkildə tətbiq ediblər. Yürüşdən sonra idman dırmanmasının çətinlik növü üzrə yarış keçirilib.
Ümumilikdə yarışlar boulderinq üzrə 9 marşrut, çətinlik növü üzrə isə 5 marşrut əsasında təşkil edilib. Turnirin yekununda qaliblər diplomlarla təltif olunublar.
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib