Quliyev İtaliya millisinin oyununda 
10.11.2023 - 13:24
Quliyev İtaliya millisinin oyununda 

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində iş başında olacaq. Quliyev San Marionoda keçiriləcək San Marino – İtaliya oyununun hakim-inspektoru vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bu matç noyabrın 16-da baş tutacaq.
 

0