Qurban Qurbanov: “Nəticə bizi qane etdi” - MÜSAHİBƏ
31.08.2023 - 22:46
Qurban Qurbanov: “Nəticə bizi qane etdi” - MÜSAHİBƏ

“Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm”.

Apasport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdam klubunun çalışdırıcısı nəticədən razı qalıb. O, Avropa kuboklarında mübarizəni davam etdirməyin vaciblyini vurğulayıb: “Hər birinə təşəkkür edirəm. Çox gərgin oyun olsa da, nəticə bizi qane etdi. Heç bir futbolçuyya irad bildirmək istəmirəm, çox əziyyət çəkdilər. Bu gün problemlərimiz var idi. Buna baxmyaraq bizim üçün qrupda iştirak etmək vacibdir. Hansısa uğuru əldə etmək, hansısa səviyyəyə çatmaq asandır, qalmaq çətindir. Yenə də öz azarkeşlərimizi Avropa futbolundan ayırmadıq. Ən azından mübarizə ilin sonuna kimi olacaq. Bizim üçün nöyük təcrübədir. Heyətdə dəyişikliklər var idi. Futbolçuların bir neçəsi belə gərgin qrafikdə oynamamışı. Bu gün bunu hiss etdilər. İnanıram ki, qarşıdakı illərdə bu xarakter bizə kömək olacaq".

- Bu gün nədən razı qalmadız?
- Nəticədən razı qaldım. Bu qədər müdafiəyə fikir verməmişdik. Vacib idi ki, bu gün komanda kimi yaxşı müdafiə olunaq. Amma müdafiə olunaq tapşırıq olmamışdı. Daha çox hücum etmək istəyirdik. Bilirdik ki, rəqib böyük riskə atılacaq. Futbolçularım lazımi anda yaxşı müdafiə oluna bildilər. Futbolçulardan narazı olacağım məqam yoxdur.

- "Qarabağ"ın hazırkı hazırlığından nə dərəcədə hazırsız?
- Bəzən bizim düşünmədiyimiz elə hallar yaşanır ki, komandanı tam əldə saxlamaq çətin olur. Çox vacib oyunçularımız zədələndi. Bu gün komandanın daha hazırlıqlı olmasını çox istəyərdim. Amma sıx qrafikimizə baxanda futbolçular çox yorulur. Təkcə fiziki olaraq yox, psixoloji gərginlik, yorğunluq var. Hər 2-3 gündən bir oyuna hazırlaşmaq o qədər asan deyil. Çalışacam ki, hazırlığımız daha da yaxşı olsun.

- 10-cu dəfə qrupdasız....
- Təcrübəmiz var. Sadəcə bu təcrübədən düzgün istifadə etmək üçün, komandanın tam hazır, sağlam olması lazımdır. Vaxtımız olcaq. Bəzi oyunçuları geri qaytaracağıq. Sabah püşkatmada olacaq. Sonra dərindən fikirləşəcəyik.

- Demək olar ki, Şahruddin Məhəmmədəliyevi gözdən çıxarmısız?
- Yox, elə fikrimiz yoxdur. Şahruddin bizim oyunçumuzdur. Sadəcə bizim düşünmədiyimiz hallar yaşanır, düşünmədiyimiz hadisələr baş verir. Ona görə bəzən komandada bir yox, dörd   qapıçı saxlayırıq, 11 futbolçu yox 20-22 oyunçu olur. Bunlar rotasiyalar etmək üçündür. Şahruddinin qarşıdakı matçlarda oynamaq ehtimalı var.

- Marko Yankoviç zədələnərək meydanı tərk etdi. Onun vəziyyəti necədir?
Ciddi bir şey yoxdur. Toqquşma oldu, ağrı hiss etdi. Sabah vəziyyəti tam bilinəcək.

- Püşkatmadan gözləntiniz nədir? Hansı ölkə klubları ilə qarşılaşmaq istəməzdiz?
- Məndə heç vaxt belə düşüncə olmayıb ki, hansı ölkənin komandası ilə qarşılaşmaq istəyərdik və ya yox. Amma futbolun inkişafı azarkeşlər böyük klubları burada görmək istəyirlər. Dəfələrlə bu hallar yaşanıb. “Böyük beşlik”dən olan komandaları burada görmək hər bir azarkeş üçün maraqlıdır. Kim olursa-olsun narazılıq bildirməyəcəyik. Əksinə böyük komandalar olanda, böyük hesabla məğlub olmaq böyük riskdir, amma onları canlı görmək xoş olub. Həm məşqçiləri ilə ünsiyyətdə olmaq, mənim üçün maraqlıdır. Böyük klublar da düşsə, narazı olmayacam, sevinəcəm.

- Sabah “Rakov” rəqib düşə bilər. Bunu istəyərdiz?
- Belə fikirim yoxdur. Kim düşsə, yaxından tanıyıb, oynayacağıq.

- Qapımıza penalti təyin olunanda artıq oyunun necə çevirəcəyinizin planlarını cızırdınız?
- Heç bir şey planlamadım. Amma bir anlıq hansısa fikirləri, bir neçə variantı düşündüm. Əksinə tam sakitləşdim. İlk fikrim odu ki, futbolçuları sakitləşdirəm. 

- Hakim bu gün 2 dəfə VAR-a getdi və xeyrimizə qərar çıxdı. "Hakimlər "Qarabağ"a qarşı daha diqqətli olmağa başlayıb? "Olimpiya"nın baş məşqçisi demişdi ki, hakimlər böyük klublara simpatiyası var...
- Dəqiq deyə bilmərəm. Hakim çox böyük təcrübəyə malikdir. İspaniya La Liqasında 200 oyun idarə edib, "El Klassiko" oyunlarında ədaləti qoruyub. Hakimlər haqda o qədər də fikir bildirmirəm. Sadəcə VAR-ın bu tərəfləri də var. Hətta orada da düzgün qərar qəbul etmək bəlkə də asan deyildi. Rəqibin baş məşqçisinin sözlərinə fikir bildirmək istəmirəm. Başa düşürəm. Belə oyunda əgər elə epizodlar olubsa, istər-istəməz neqativ fikirlər olacaq. Mən də bu situasiyada olmuşam. Məncə, təcrübəli hakimlər bir o qədər fikir bildirmək doğru olmaz.

- Hücum xəttində güclənmə olacaq?
- Ayın 5-nə kimi transfer həyata keçirməyə çalışacağıq. Danışılar gedir, baxırıq, nəzərdən keçiririk. Mütləq 1-2 transfer etmək istəyərdik.

- Bu dəfəki uğuru daha dəyərli hesab etmək olar?
- Hər il qruplarda oynamaq, belə uğur əldə etmək, həm rəhbərliyə mənə, futbolçulara əlavə məsuliyyət və inam verir. Baxmayaraq ki, çempionatda bizim böyük problemlərimiz olur. Amam böyümək üçün mütıləq belə çətinlikləri düzgün analiz edib, düzgün qəbul etməli və hazır olmalıyıq. Amma bu il hansısa illərdən özümdə də o hisslər daha çox oldu ki, sevincli idik. 10 rəqəmini tamamlamaq istəyirdik. Yəqin ki, hansısa illərdən mənim üçün daha önəmli oldu.

- Növbəti arzunuz neçə rəqəmi tamamlamaqdır?
- Baxarıq. 13 edərik. Ona baxarıq(gülür).

- Bəlkə hansısa düstur deyəsiz ki, digər klublarımız da bu cür uğur əldə edə bilsinlər?
- Bu barədə danışmaq düzgün olmaz. Azərbaycanlı kimi işimi  məsuliyyətlə yerinə yetirmək istəyirəm. Bizim də digər klublarımız, rəhbərlik, məşqçilər futbola, nıticəyə daha çox vaxt, yer ayırırlar. Bizim üçün də bu daimi deyil. Futbol elədir ki, idmanda daim yerdəyişmələr olur. "Barselona" hər il eyni nəticələri əldə edə bilmir. Bəzən problemlər yaşanır, bəzi klublar belə, bunun öhdəsindən gələ bilmir. Bəlkə 3-5 ildən sonra biz olmayacağıq, digər klublarımız olacaq. Hamı futbola sevgisini çoxaldır, daha istəklidirlər. Digər klublarımız da Avropada yaxşı nəticələr əldə edəcəklər.
 

0