Qurban Qurbanov: “Psixoloji yorğunluq çox idi”
11.07.2023 - 22:00
Qurban Qurbanov: “Psixoloji yorğunluq çox idi”

“Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Meydança amilini və hava şəraitini götürsək, futbolçular üçün oynamaq elə də asan deyildi”.

Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının I təsnifat mərhələsinə qələbə ilə start verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis “Linkoln”lə (Cəbəllütariq) oyunu şərh edib. O bildirib ki, rəqib düşündükləri kimi oynayıb: “Bir neçə epizodu çıxsaq, 90 dəqiqəni çox diqqətli oynadılar. Komanda çox təcrübəli futbolçulardan qurulub, hər biri də son ötürməni verə biləcək, son nöqtəni qoymaq bacarığına malikdirlər. “Linkoln” təxmini düşündüyümüz kimi oynadı. Bir buraxdığımız qol və digər epizodda futbolçularım diqqətsiz oldular. 23-24 günlük səfərdən sonra psixoloji yorğunluq çox idi. Buna baxmayaraq, sona kimi özlərini düzgün idarə edə bildilər və sonda şükürlər olsun qələbə qolunu da vurduq. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Onları təbrik edirəm”.

Qeyd edək ki, səfərdə 2:1 hesabı ilə qalib gələn "Qarabağ" “Linkoln”lə cavab oyununu iyulun 19-da Bakıda keçirəcək. 

0