Qurban Qurbanov: “Bəzi klublar üçün bir sıra problemlər olacaq”
11.04.2025 - 21:12
Qurban Qurbanov: “Bəzi klublar üçün bir sıra problemlər olacaq”

Misli Premyer Liqasının XXX turunun "Səbail" - "Qarabağ" matçından (1:4) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı bir sıra açıqlamalar verib:

"Futbolçularımı təbrik edirəm. Hesabda irəlidə olsaq da, sona qədər oyununu tempini,
 dinamikasını qoruyub-saxladılar. Qapımızda qol gördük. Bu da rəqibin futbolçusunun ustalığı idi. Azarkeşlərə təşəkkür edirəm. daim oyuna səslədilər. Elvin Məmmədova da uğurlar arzulayıram".

- Qarşıda "Neftçi" ilə oyununz var. 8 günlük hazırlıq var. Amma 19-dan 24-nə kubok görüşü var. Balansı qorumaq mümkün oalcaq?
- Yanvardan bu yana qədər, hətta son vaxtlar özüm hazırlıq proqramımızdan şikayətşi idim. Çünki normal məşq üçün vaxtımız yox idi. 4-5 gündən bir oyun oynayırdıq. 8 günlük hazırlıq bizim üçün çox faydalı olacaq. Futbolçular istirahət edəcək, çatışmazlıqları da aradan qaldıracağıq. Qarşıdakı gündəki oyunlar üçün 8 günün faydası olacaq. Çalışacağıq ki, düzgün faydalanaq. Bu günə qədər məşq ritmini tuta bilmirdik.

- Kubok oyununu düşünərək "Neftçi" ilə matçda hansısa rotasiya edə bilərsiz?
- Sıx qrafik olanda rotasiyalar edirik. Nə qədər imkanımız var, çalışacağıq ki, maksimum əsas heyətlə oynayaq. Əvvəlki oyunlarda 5-6 oyunçu dəyişiklik görürdüksə, qarşıdakı matçlarda bunun sayı az ola bilər. Bu gün qalib gəlirdik, dəyişiklik edə bilirdik. Hər iki turnirə çox ciddi hazırlaşacağıq. Çünki bizi qarşıda avrkubok oyunları gözləyirik. O matçlara futbolçuların idman formasının aşağı düşməsinə imkan verməməliyik. 

- Kevin Medinanın oynamaması nə ilə əlaqədardır?
- Mateus Silvanı oynatdım. Limiti də nəzərə almaq lazımdır. O mövqedə Mateus da özünü yaxşı tərəfdən göstərdi. 

- Qurban müəllim, artıq 4-cü dəfədir ki, İcraiyyə Komitəsinin iclasında iştirak etmirsiz. AFFA-nın nizamnaməsinə görə İK üzvü il ərzində 4 dəfə İK-nın iclasında üzürsüz səbəbdən iştirak etmədikdə kənarlaşdıra bilərlər. Sizcə sizi üzrlü hesab edirlər? Növbəti iclasda sürpriz edib sizi kənarlaşdırmazlar?
- Düzü, sayını bilmirdim. Heç bir iclasa icazəsiz getmədiyim vaxt olmayıb. Bir gün əvvəl bildirmişəm. Hər birinə baxsaq, oyun günümüzə düşüb iclaslar. Bu gün komandanın məşqi də oldu. Dünən də bu barədə bildirmişdim. Çempionatda durumumuz yaxşı olsa da, işimizi daim ciddiyə alırıq. Oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Bir-birimizi anlayaraq iştirak etməmişəm. Əvvəllər də söhbətim olmuşdu ki, işim asan deyil. Çox istəyərdim ki, hər iclasda iştirak edim. Amma bəzi üzrlü səbəblərə görə orada olmamışam. Qarşılıqlı da bir-birimizi anlamışıq.

- Oyunçu dəyişikliklərindən sonra qol şanslarınız azaldı. Meydana daxil olan oyunçular hazır deyildi?
- Əksinə, qol epizodlarına heç də az girmədik. İstər-istəməz oyuna sonradan girmək asan deyil. Soyuq havada futbolçu bir az da ağır olur. Böyük hesab da var idi. Oyunçularımız çox istəkli idilər, dinamikanı daha da artırdılar.

- Emmanuel Addaiyə ümidlər böyük idi. Onun performansından razısız?
- Xeyr, razı deyiləm.

- Demişdiz ki, "Səbail"in meydançasında oynamaq çox çətindir. Bu gün dinamik oyun oldu. Süni ot örtüyündə oynamağa artıq alışmısız?
- Süni meydançaya öyrəşmədik və oyanmaaq istəmirik belə meydançada. Rəqibə baxsaq, ən çox zədəlilər "Səbail"də olur. Digər süni örtükdə oynayan komandalarda da həmçinin. Biz ildə bu cür meydnaçada 4 oyun oynayırıq. Amma ev sahibi məşqlər edir, oyunlara çıxır. Çoxistəyərdim ki, ot örtüyündə məşq edib, oynasınlar.

- Oyunboyu skamyadan çıxmamışdız. Sank iküskün şəkildə oturmuşduz yerinizdə. Səbəb nə idi? 
- Öz yerimdə idi. Harada olmuşamsa, orada idim. Oyunlar olur ki, bəzən çox müdaxilə edirsən, bəzən sakit olursan. Heç kimdən küsməmişəm. Nə özümdən küsmüşəm, nə də futboldan. İşimiz oyunun gedişatına görə özümüzü idarə etməkdir.

- Növbəti mövsümdən Premyer Liqada klublara 3 yox, 2,5 milyon ayrılaca. Premyer Liqanın səviyyəsi aşağı düşməyəcəkki?
- Bəzi klublara təsir edəcək. Hansı ki, klublara 500 minə də ehtiyac var. Bu məbləğ bəzi klublar üçün oyunçu deməkdir. Gərək əlavə sponsorlar tapsınlar. Tapmasalar, hansısa problemlər olacaq. İstəyərdik ki, daha artıq məbləğ olsun. Bəzi klublar üçün bir sıra problemlər olacaq.