Qurban Qurbanovun cəzası bəlli oldu
27.09.2023 - 13:44
Qurban Qurbanovun cəzası bəlli oldu

Bu gün PFL-in İntizam Komitəsinin iclası keçirilib. 

Apasport.az saytına verilən məlumata görə iclasda “Qarabağ”ın baş məşqçisinin cəzası da bəlli olub.

Misli Premyer Liqasının VII turunda “Qəbələ” ilə oyunun 89-cu dəqiqəsində Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Bunun müqabilində “Qarabağ” klubu 1000 manat cərimə edilib.

Qeyd edək ki, Qurbanov bununla da 29 sentyabr tarixində keçiriləcək “Sumqayıt”la matçı buraxmış olacaq.

0