Qurbanov açıqladı: “Onu komandada saxlayacağıq”
16.05.2026 - 21:13
Qurbanov açıqladı: “Onu komandada saxlayacağıq”

“Qarabağ” Misli Premyer Liqasının XXXII turunda öz meydanında “İmişli”ni 3:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib.

Təcrübəli mütəxəssis “köhlən atlar”ın müdafiəçisi Bədavi Hüseynovun gələcəyi ilə bağlı klubun qərarını açıqlayıb:

“Böyük ehtimalla komandada qalacaq. Son oyunlarda çox yaxşı performans göstərdi”.

Qurbanov həmçinin cari mövsümün sonunda bir sıra futbolçularla yollarını ayıra biləcəklərini bildirib:

“Qəti qərar verməmişik, amma ola bilər ki, bəzi futbolçularla vidalaşaq”.

Azərbaycanlı mütəxəssis klubun transfer siyasəti ilə bağlı jurnalistlərin suallarını da cavablandırıb:

“Hələ heç kimlə razılığa gəlməmişik. Düzdür, çox oyunçu ilə danışıqlar gedir. Bəziləri mövsümün sonunu gözləyir, bəziləri düşünür. Avropanın ortabab ölkələrinin klublarında şərait o qədər yaxşılaşıb ki, oyunçular Azərbaycana gəlməyə isti yanaşmırlar".