Rail Məlikov “Sumqayıt”a qayıdır
01.06.2022 - 17:53
Rail Məlikov “Sumqayıt”a qayıdır

Geridə qalan mövsümün sonlarında “Şamaxı”nın əvəzedici komandasını çalışdıran Rail Məlikovun yeni iş yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, futbolçu karyerasını məhz ötən mövsüm başa vuran 37 yaşlı mütəxəssis yeni mövsümdən “Sumqayıt”da fəaliyyət göstərəcək.

Məlikov 2016-2020-ci illərdə şərəfini qoruduğu “gənclik şəhəri” təmsilçisinin əsas yox, əvəzedici komandasında baş məşqçi kimi çalışacaq. Onu bu keçidə vadar edən səbəb Zaur Axundovun “Şamaxı”nın Müşahidə Şurasının sədrliyi vəzifəsindən istefa verməsi olub.

“Sumqayıt” rəhbərliyi ilə Rail Məlikov arasında danışıqlar artıq yekunlaşmaq üzrədir. Tərəflərin tezliklə sözləşməyə qol çəkməsi gözlənilir.

Qeyd edək ki, Rail Məlikov 2004-2011-ci illərdə Azərbaycan millisinin heyətində 40 oyun keçirib.

0