Ramin Quliyev: "Neftçi”nin xal itirmək limiti bitib" - MÜSAHİBƏ
20.10.2023 - 15:05
Ramin Quliyev: "Neftçi”nin xal itirmək limiti bitib" - MÜSAHİBƏ

"Sabah" klubunun sabiq baş məşqçisi Ramin Quliyevin apasport.az saytına müsahibəsi

- "Zirə"nin I dövrəni lider kimi başa vuracağını təxmin edirdizmi? 
- Sözün açığı, heç kim bunu təxmin etmirdi. Amma "Zirə" ilk dövrədə bunu bacardı. Düşünürəm ki, "Zirə"dəki irəliləyiş göz önündədir. 

- II dövrədən gözləntiləriniz nədir?
- Düşünürəm ki, II dövrədən artıq komandalar bir-birlərinin zəif və güclü tərəflərini yaxşı bildikləri üçün intriqa artacaq. 

- Sizcə, "Neftçi" və "Sabah"daki əsas problem nədir?
- "Neftçi"də yeni oyunçular çoxdur. Futbolçuların bir-birlərinə uyğunlaşması üçün vaxta ehtiyacları var. Bu proses vaxt aparacaq. "Sabah"da isə heyətdən 2-3 əsas oyunçunun getməsi komandanın performansına təsir edir. Təbii ki, bu hal müvəqqətidir. 

- Sözügedən komandaların çempionluq şansları var? 
- İrəlidə oyunlar çoxdur, hələ I dövrənin sonudur. Hər bir komandanın çempionluq şansı var. 

- Bu iki komandanı hər kəs çempionluq üçün favorit sayırdı, sizin çempionluq üçün favoritiniz hansı komandadır?
- Mənim favoritim yoxdur. Amma görünən odur ki, "Qarabağ" üstün oynayır və çempionluğa əsas namizəddir. 

- Bu gün baş tutacaq "Turan Tovuz” - "Qarabağ" və "Səbail" - "Neftçi" qarşılaşmaları haqqında nə düşünürsüz? 
- "Qarabağ"ı Tovuzda çətin oyun gözləyir. İstər azarkeşlərə görə, istərsə də meydançanın süni olmasına görə bölgələrdə oynamaq həmişə çətin olub. "Səbail" - "Neftçi" isə çox maraqlı olacaq. Çünki "Səbail" ilk “üçlük”də yer alır. "Neftçi" əgər yaxşı yerlər tutmaq istəyirsə, bu oyundakı xallar çox önəmlidir. Çünki "Neftçi"nin xal itirmək limiti artıq bitib.
 

0