
“Fikrimcə, “Neftçi”nin məğlubiyyətinin səbəbi, güclü və təcrübəli bir rəqiblə qarşılaşması oldu”.
Bu sözləri apasport.az saytına açıqlamasında Rauf Əliyev deyib.
Veteran futbolçu "Neftçi" – "Qarabağ" matçını dəyərləndirib: “Qarabağ”da neçə illərdir, birlikdə oynayan futbolçular var. Amma “Neftçi”də belə bir amil demək olar ki, yoxdur. Komandaya vaxt lazımdır. Həmçinin səviyyə cəhətdən “Qarabağ” “Neftçi”dən üstündür. Avropa Liqası və Premyer Liqa tamam fərqlidir. Əlbəttə, “Lion” kimi bir komanda daha səviyyəlidir. "Qarabağ" onlara qarşı başqa bir oyun sərgilədi. Amma “Neftçi”yə qarşı daha rahat oynadı və qələbə qazandı".
Əliyev Samir Abasovun “Neftçi”yə təyinatına da münasibət bildirib: "Neftçi" çempionata heç də yaxşı başlamadı. Ardıcıl məğlubiyyətlərdən sonra baş məşqçi dəyişiklikləri oldu. Fikrimcə, Samir müəllim Azərbaycanın tanınmış, yaxşı məşqçilərindən biridir. “Neftçi”ni sonuncu dəfə çempion etmiş mütəxəssisdir. İstədiyi futbolçuları heyətinə qatdıqdan sonra klubun daha yaxşı yerlərə gələcəyinə inanıram”.
Qeyd edək ki, “Neftçi” öz meydanında “Qarabağ”a 0:3 hesabı ilə məğlub olub.
Hacı Heydər
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL