
“Bizim üçün yaxşı təcrübə oldu. Müxtəlif şəhərləri gəzdik”.
Bu sözləri apasport.az saytına açıqlamasında "Qarabağ"ın futbolçusu Redon Cica deyib.
Albaniyalı forvard Qarabağ səfərini dəyərləndirib: “Burada tikilən universitetlə tanış olduq. Özümü yaxşı hiss edirəm. Burada gözəl park var. Hər şey mükəmməldir. Gəzdiyimiz hər yer gözəl idi. Ümid edirəm ki, buraya yenidən gələrik. İnsanlar burada olduğumuz üçün sevincli idi. Bunu görür, hiss edirdik”.
Hücumçu komandanın Çempionlar Liqasındakı potensial rəqibləri barədə fikirlərini də söyləyib: “Hələ ki, rəqibimizin dəqiqləşməsini gözləyirik. “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) duelinin qalibi bizimlə qarşılaşacaq. Hər iki komandaya qarşı ən yaxşı oyunumuzu göstərəcəyik. Meydana qələbə üçün çıxacağıq”.
- Ceyhun Sultanov: "Santuşun bir ildə edə bilmədiyini Ayxan bir oyunda etdi"
- I Liqa: III tura yekun vurulub
- Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsi başlayıb
- Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş 4-cü Ənənəvi Futbol Turnirinə start verilir
- "Qarabağ" tribunalara işğaldan azad olunmuş şəhərlərin adlarını verib