Renat oynadı, komandası məğlub oldu
16.02.2026 - 09:16
Polşa Ekstraklasasında XXI turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Renat Dadaşovun çıxış etdiyi “Motor” da növbəti görüşünü keçirib.
Komanda “Lexiya”nı qəbul edib. Görüş “Motor”un 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Renat 85-ci dəqiqədə meydana çıxıb və hər hansı bir məhsuldarlıqla yadda qalmayıb.
Qeyd edək ki, Dadaşovun komandası 21 turdan sonra 24 xalla 14-cü pillədə qərarlaşıb.
0
0