Renatın qələbə qolu “Qrasshoppers”ə ilk üç xalı qazandırdı
06.08.2023 - 20:20
Renatın qələbə qolu “Qrasshoppers”ə ilk üç xalı qazandırdı

Yığmamızın üzvü Renat Dadaşov İsveçrə çempionatında növbəti oyuna çıxıb.

Apasport.az-ın məlumatına görə, onun formasını geyindiyi “Qrasshoppers” öz meydanında 3 xal qazanıb.

“Bazel”i 3:1 hesabı ilə məğlub edən komandanın uğurunda Dadaşovun böyük payı olub. Hesab 2:1 olarkən hücumçumuz fərqlənərək fərqi ikiyə yüksəldib. O, 37-ci dəqiqədə fərqlənib. Bu, “Qrasshoppers”in mövsümdəki ilk qələbəsi olub.

Qeyd edək ki, Renatın komandası üç oyundan sonra 5 xal toplayıb.

0