“Sumqayıt”ın futbolçusu Kristian Velinovskini zədələyən oyunçu cəzalanıb.
Apasport.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Qurum Azərbaycan kubokunda II təsnifat mərhələsinin “Lerik” – “Sumqayıt” oyununu araşdırıb. “Lerik”in futbolçusu Rahid Ağazadə 23-cü dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb.
Həmin hadisə nəticəsində Kristian Velinovski əmək qabiliyyətini bir neçə aylıq itirib. Bunu nəzərə alan İntizam Komitəsi PFL Əsasnaməsinin müstəsna hallar üçün nəzərdə tutan 19-cu maddənin 8-ci bəndinə əsaslanıb. Rahid bütün turnirlər daxil olmaqla 6 oyun cəzalanıb. “Lerik” 300 manat cərimələnib.
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB