Misli Premyer Liqasının XIX turunun “Zirə” – “Araz-Naxçıvan” matçından (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
“Fasilədən sonra ilk oyun olmasına baxmayaraq, hər iki komandanın futbolçuları aqressivlik, ustalıq göstərdilər. Sanki fasilə olmayıb. Oyun bizim üçün uğurlu başladı. Fərqləndik. Yenə təhlükəli hücumlarımız var idi. Sonra nəzarət rəqibə keçdi. Birinci hissəinin ikinci yarısını yaxşı keçirmədik. Fasilədən sonra daha aqressiv, istəkli idik. Hamımız rəqibin gücünü bilirik. Elmar Baxşıyev möhkəm, yaxşı komanda formalaşdırıb. Oyunçularımın çıxışından razı qaldım. Rəqibi təbrik edirəm".
- Narazı qaldığınız məqamlar oldu?
- İtkilərimiz var. Davit Volkov 10 gün idi məşq etmirdi, dünən məşq etdi. Ehtiyatda oturmuşdu. Qola ehtiyacımız olsa idi, buraxacadıq meydana. Rüstəm də ehtiyatdaydı. Digər futbolçularımız fiziki cəhətdən ideal ola bilməzdilər. İlk turlarda bütün komandalar üçün bu keçərli olar. Hamı formasını bərpa etdikdən sonra daha istəkli, daha ambissiyalı olmaq istəyirik.
- Baş verən hadisələrə necə şərh verərdiz? Nələr baş verdi ki, Qara Qarayev aqressivləşdi?
- Çox üzücüdür ki, iki komanda arasında belə şey yaşandı. Şükür böyük insident olmadı. Ola da bilməz. İki klub arasında çox yaxşı münasibət var, rəhbərlik, məşqçilər və futbolçular. Arada nə oldu bilmirəm, Qara əsəbiləşdi. Sarı vərəqəsi ola-ola da, müdaxilə etdim ki, sakitləşsin. Özünə də zərər verəcəksən. Orada çox adam var idi ki, düz-əməlli danışa bilmədim. İstəməzdik ki, nəsə olsun. İkinci hissədə daha böyük hadisələr olmalı idi, amma klublar arasındakı yaxşı münasibətə görə meydanda hər şey yaxşı oldu.