Rəşad Sadıqov: "Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik"
15.06.2022 - 20:14
Rəşad Sadıqov: "Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik"

"Püşk qarşımıza yaxşı rəqib çıxardı. "Makkabi" Azərbaycan futbol ictimaiyyətinə tanış komandadır".

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. 

Gənc mütəxəssis klubunun mətbuat xidmətinə UEFA Konfrans Liqasının ll təsnifat mərhələsində Təl-Əviv "Makkabi"si ilə düşmələrinə münasibət bildirib: "Yaxın keçmişdə "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də qarşılaşıblar. İsrailin ən güclü, üzdə olan klublarından biridir.  Bizim üçün maraqlı təcrübə olacaq. Bütün gücümüzlə oyuna hazırlaşacağıq. Sonda uğur qazanıb, mərhələ keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik".

0