“Qarabağ” “Səbail”i meydana çıxmağa peşman etdi - YENİLƏNİB
11.02.2025 - 20:52
“Qarabağ” “Səbail”i meydana çıxmağa peşman etdi  - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

Lider “Qarabağ” azarkeşləri önündə autsayder “Səbail”lə üz-üzə gəlib.

"Qarabağ" rəqibini meydana çıxmağa peşman edib. 

"Köhlən atlar" rəqibini 5:0 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, Ağdam təmsilçisinin yeni transferi Kadi Borges ilk matçında fərqlənməyi bacarıb. O, görüşün 88-ci dəqiqəsində rəqib qapısına yol tapa bilib.

Misli Premyer Liqası
XXII tur

11 fevral

19:00 "Qarabağ" – "Səbail" 5:0

Qollar: Y. Benzia, 75, L. Andrade, 80, 84, K. Borges, 88, N. Axundzadə, 90
Baş hakim: Elçin Məsiyev
Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 9. Kadi Borqes, 19. Redon Cica, 15. Leandro Andrade, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov

“Səbail”: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 7. Madi Queta, 5. Gitay Sofir, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 8. Qorka Laruçça
Baş məşqçi: Cavid Hüseynov