Roys yeni klubu ilə anlaşıb
04.06.2024 - 10:33

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys ABŞ-a köçməyə hazırlaşır.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 35 yaşlı futbolçu "Los Anceles Qalaksi" ilə anlaşıb.
Alman yarımmüdafiəçinin MLS klubu ilə müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Marko Roys 2012-ci ildən "Borussiya Dortmund"da çıxış edir.
Qeyd edək ki, "Real Madrid"ə qarşı Çempionlar Liqasının finalı (0:2) futbolçunun Dortmund klubunun heyətindəki son matç idi. Ümumilikdə, Roys bütün yarışlarda Dortmund üçün 429 oyunda 170 qol vurub və 131 məhsuldar ötürmə edib.
- "Neftçi"dən düşüncəli addım: "Futbol sevgisi əngəl tanımır" - FOTO
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Qarabağ” Ovusu Kvabenanı qaytara bilərmiş - EKSKLÜZİV
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
0
0