"Sabah" onunla bağlı qərarını verdi: YAYDA GÖNDƏRİLƏCƏK - ÖZƏL
16.04.2026 - 12:54
"Sabah" onunla bağlı qərarını verdi: YAYDA GÖNDƏRİLƏCƏK  - ÖZƏL

“Sabah”ın heyətində ayrılıq yaşanacağı gözlənilir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, komanda Amin Seydiyevlə yollarını ayıracaq.

“Bayquşlar” cari mövsümün sonunda müqaviləsi başa çatacaq sağ cinah müdafiəçisi ilə yeni sözləşmə imzalamağı planlaşdırmır.

Hazırda həmin mövqedə Akim zedadkanın inamlı çıxışı rəhbərliyin bu qərarı verməsində önəmli rol oynayıb. Komanda həmçinin cinah üçün əlcəzairli futbolçunun profilinə uyğun oyunçu axtarışına da başlayıb.

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Amin Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çıxış edir.