"Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb
17.12.2025 - 16:18
Misli Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" – "Qarabağ" matçının təyinatları məlum olub.
Apasport.az xəbər verir ki, "Bank Respublika Arena"da keçiriləcək matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Ona bu işdə Elşad Abdullayev, Pərvin Talıbov və Vüqar Həsənli kömək edəcəklər.
Tural Qurbanov VAR-da, Asiman Əzizli isə AVAR-da təmil olunacaq. Hakim-inspektor vəzifəsini Vüsal Əliyev yerinə yetirəcək. AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.
Qeyd edək ki, "Sabah" – "Qarabağ" oyunu dekabrın 18-də, saat 19:30-da başlayacaq.
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir
- 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı müəyyənləşib
- I Liqada XI tura start veriləcək
0
0