"Sabah"dan inamlı qələbə - YENİLƏNİB
27.04.2024 - 19:51
"Sabah"dan inamlı qələbə - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürəcək.

Apasport.az xəbər verir ki, ilk oyun günü turnir cədvəlində qonşu olan komandalar, "Sabah" və "Səbail" kollektivləri qarşılaşacaq.

"Bank Respublika Arena"da keçiriləcək matçın start fiti saat 18:00-da səslənəcək.

Krunoslav Renduliçin yetirmələri 46 xalla beşinci sırada qərarlaşıb. "Dənizçilər" isə 42 xalla altıncıdır.

Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-u tarixlərində baş tutacaq.

Azərbaycan Premyer Liqası

XXXII tur

27 aprel

18:00. "Sabah" – "Səbail" 2:0 

Qol: Con İrasabal, 22. Sekidika, 41

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Emin Cəfərov

“Bank Respublika Arena”

0