"Sabah" Tovuzdan 3 xalla qayıdır - YENİLƏNİB
03.12.2023 - 16:55
"Sabah" Tovuzdan 3 xalla qayıdır - YENİLƏNİB

Premyer Liqanın XV turunun ikinci oyun günündə ilk matç Tovuzda keçirilib.

Apasport.az xəbər verir ki, stadionu təmirə bağlandığından ev oyunlarını Tovuzda keçirən "Kəpəz" "Sabah"ı qəbul edib.

Ötən tur səfərdə "Səbail"dən 1 xal alan Adil Şükürovun komandası bu dəfə "bayquşlar"la görüşdən məğlub ayrılıb: 0:2. 

Masazır təmsilçisi isə səfərdən 3 xalla qayıdaraq turnir cədvəlində 7-ci yerə qalxıb. 

Misli Premyer Liqası

XV tur

3 dekabr

15:00. "Kəpəz" – "Sabah" 0-2 
Qol: A. Nuriyev, 6, E. Xvalko (öq)

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz. Şəhər stadionu

Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior

Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov

Baş məşqçi: Adil Şükürov

Sabah”: 55. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 28. Kahim Parris, 12. Vinsent Til

Baş məşqçi: Murad Musayev

0