"Sabah" və "Sumqayıt"ın ilk dueli - YENİLƏNİR
21.10.2023 - 14:42
"Sabah" və "Sumqayıt"ın ilk dueli  - YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında X turun 2-ci oyun günüdür. 

Apasport.az xəbər verir ki, günə Masazırda yekun vurulacaq.

Belə ki, "Sabah" öz meydanında "Sumqayıt"ı qonaq edəcək. 

Maraqlıdır ki, bu komandalar cari mövsümdə ilk dəfə qarşı-qarşıya gələcək. Çünki onların II turda Sumqayıtdakı matçı təxirə salınmışdı və hələ də keçirilməyib. 

 

21 oktyabr (şənbə)

18:00. “Sabah” – “Sumqayıt
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. “Bank Respublika Arena” stadionu

İlk dövrədəki matç - keçirilməyib.

0