"Sabah"da 3-cü ayrılıq
25.05.2022 - 15:35
“Sabah”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi hücumçusu Xulio Sezar Rodrigeslə yollarını ayırıb.
Paraqvaylı forvardla mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bununla da Rodriges yay fasiləsində “Sabah”ı tərk edən üçüncü oyunçu olub. Ona qədər klub Slavik Alxasov və Şpiro Periçiçlə də vidalaşıb. Boyan Letiçin isə sözləşməsi yenilənib.
Qeyd edək ki, Xulio Sezar Rodriges 2020-ci ilin yanvarından bəri “Sabah”da çıxış edib.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
1
0