"Sabah"da gözlənilməz ayrılıq - EKSKLÜZİV
06.04.2026 - 08:46
"Sabah"da gözlənilməz ayrılıq - EKSKLÜZİV

Misli Premyer Liqasının lideri “Sabah”da ayrılıq baş verə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, İvan Lepinitsa komandanı tərk etməyə yaxındır.

Yarımmüdafiəçi ilə ciddi şəkildə maraqlanan klublar var. Hətta bunlardan bir neçəsi onun meneceri ilə əlaqəyə keçib.

Məlumatı futbolçunun özü də təsdiqləyib. O, növbəti mövsüm komandanın heyətində qalıb-qalmayacağının bəlli olmadığını, yaxşı təkliflər aldığını açıqlayıb. 

Tərəflər arasında müqavilə müddəti növbəti mövsümün sonuna qədərdir. 

Qeyd edək ki, Lepinitsa 2024-cü ildən “Sabah”ın şərəfini qoruyur.