“Şahdağ Qusar” 5 cavabsız qolla qalib gəldi
20.05.2024 - 23:00
“Şahdağ Qusar” 5 cavabsız qolla qalib gəldi

II Liqada 26-cı tura start verilib.

Apasport.az xəbər verir ki, mövsümün son turunun ilk oyun günündə 5 görüş baş tutub.

“Qusar” – “Lerik” matçında qalib müəyyənləşməyib. “Dinamo” “Şəki Siti”ni, “Şahdağ Qusar” “Ağdaş”ı, “Kürmük Qax” “Göygöl”ü, “Cəbrayıl” da “Füzuli”ni məğlub yola salıb.

Turun qalan oyunları sabah keçiriləcək.

II Liqa
26-cı tur

20 may

“Qusar” – “Lerik” 3:3
Qollar: Vüqar Əşrəfli, 33; 90+3. Kazbək Qafarov, 60 – Kamran Abdullazadə, 49. Rəvan Quluzadə, 57. Mirabbas Qədirli, 64.

“Kürmük Qax” – “Göygöl” 4:3
Qollar: Cavidan Ömərli, 13. Fuad Osmanlı, 16. Revazi Otaraşvili, 62. Vüqar Məmmədli, 66 – Elcan Rəhimov, 21; 42. Ülvi Cəlilov, 24.

“Dinamo” – “Şəki Siti” 5:1
Qollar: Əli Məmmədli, 53. Valeh Seyidov, 59; 78. Əkbər Səfərzadə, 65; 82 – Yusif Dilanov, 27.

“Şahdağ Qusar” – “Ağdaş” 5:0
Qollar: Rahid Əmirquliyev, 35. Famil Camalov, 53; 81. Tural Qurbatov, 58; 60.

“Cəbrayıl” – “Füzuli” 2:1
Qollar: Ruslan Voronsov, 74; 90+8 – Emin Quliyev, 37.

0