Paris-2024: 5 idmançımız mübarizəyə başlayır
27.07.2024 - 09:38
Paris-2024: 5 idmançımız mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha beş idmançısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

Apasport.az xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq.

O, H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək.

Cüdoçulardan Balabəy Ağayev (60 kq) Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə, Leyla Əliyeva isə özbəkistanlı Xalimajon Kurbanova ilə görüşəcək.

Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada bacarığını göstərəcək.

Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində uğur əldə etməyə çalışacaq.

Qeyd edək ki, idmançılarımız arasında ilk olaraq mübarizəyə başlayan kamandan oxatma növündə Yaylagül Ramazanova olub. 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

0