Şahrudin Məhəmmədəliyev: “Hələ ki, alınmır”
12.06.2022 - 20:44
Şahrudin Məhəmmədəliyev: “Hələ ki, alınmır”

“Çox istəyirik ki, sabah qalib gələk. Bizim üçün vacib oyundur”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milisinin futbolçusu Şahrudin Məhəmmədəliyev deyib.

Təcrübəli qapıçı Millətlər Liqasının IV turunun sabah Belarusla keçiriləcək matçı ərəfəsində təşkil olunan mətbuat konfransında görüş barədə fikirlərini açıqlayıb: “Meydana yalnız qələbə üçün çıxacağıq. Belarusla bir dəfə oynamışıq. Onlar bizdən o qədər də üstün deyil. Biz də başa düşürük ki, nəticə vermək lazımdır. Hər dəfə çalışırıq ki, qalib gələk. Amma hələ ki, alınmır. Bu da bizi sıxır. Epizodlarımız olur, amma vura bilmirik. Sonda da uduzuruq. Millidə oynamaq çox çətindir. Çünki bütün ölkə sizə azarkeşlik edir. Uduzmaq da çox ağırdır. Yenə də vurğulamaq istəyirəm ki, sabah qalib gəlməliyik. Bir oyun qalib gəlsək, özünəinamı qaytararıq. Çoxdandır ki, qalib gəlmirik”.
 

0