Bu gün Misli Premyer Liqasında XXV tura start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
“Şamaxı” öz meydanında “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Ayxan Abbasovun yetirmələri 3 xal qazanaraq turnir cədvəlindəki yerini daha təhlükəsiz etməyə çalışacaq. Demçenkonun kollektivi isə qalib gələrək avrokubok şanslarını davam etdirmək niyyətindədir.
Oyuna saat 15:00-da start veriləcək.
Misli Premyer Liqası
III dövrə, XXV tur
15:00. "Şamaxı" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Şamaxı. Şəhər stadionu