“Şamaxı”dan gedəcək daha 4 futbolçu
25.05.2022 - 00:00
“Şamaxı”dan gedəcək daha 4 futbolçu

“Şamaxı” heyətində təmizləmə işləri aparmaqda davam edir.

Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisini tərk edəcək daha bir neçə oyunçunun adına aydınlıq gəlib.

İlkin Qırtımovu “Qəbələ”yə göndərən rəhbərlik Tərlan Quliyev, Şəhriyar Əliyev, Tural Axundov, Kamal Bayramov kimi oyunçularla da yeni müqavilə imzalamaqdan imtina edib.

Ancaq komandanı tərk edəcək oyunçular bununla kifayətlənməyəcək. Hücumçu Amil Yunanov, əsasən əvəzedici komandada çıxış edən müdafiəçi Fuad Bayramov, eyni zamanda “Neftçi”dən icarəyə götürülən müdafiəçi Fəhmin Muradbəyli və yarımmüdafiəçi Rəhman Hacıyev də klubu tərk etməyə hazırlaşır.

Fəhminin yay təlim-məşq toplanışında “Neftçi”nin düşərgəsində olması planlaşdırılır. Rəhmanın “ağ-qaralar”a qayıdacağı, yoxsa başqa komandaya keçəcəyi isə hələlik bilinmir. Hacıyevin “Neftçi” ilə sözləşməsi 2024-cü ilin yayına qədər olsa da, 29 yaşlı hücumameylli oyunçu legioner həyatı yaşamaq arzusundadır.

Qeyd edək ki, “Şamaxı” baş Rüstəm Əliyevlə, həmçinin futbolçular Rüstəm Daşdəmirov və Stanislav Namaşko ilə 1 illik müqavilə imzalayıb.


 

0