“Şamaxı”dan yeni transfer
15.08.2025 - 21:36
“Şamaxı”dan yeni transfer

“Şamaxı” transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, komanda Antonio Laranı heyətinə qatıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb.

26 yaşlı mərkəz müdafiəçisi ilə ikiillik (1+1) müqavilə imzalanıb. Braziliyalı futbolçunun son klubu Qətər təmsilçisi "Əl-Biddə" olub.

Qeyd edək ki, o, "Əl-Biddə"nin heyətində 8 oyunda bir qoll yadda qalıb.