“Səbail” – “Qəbələ”: KİM ŞANSLIDIR?
27.04.2023 - 12:44
“Səbail” – “Qəbələ”: KİM ŞANSLIDIR?

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Səbail” – “Qəbələ” görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları səfərdə mübarizə aparacaq Elmar Baxşıyevin yetirmələrini matçın favoriti sayırlar.

Bu gün “ASCO Arena”da baş tutacaq oyunda “Qəbələ”nin uğuru 2,31, “Səbail”in qələbəsi 3,16 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,13 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. Ötən həftə Qəbələdə baş tutan ilk matçda meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

0