“Səbail”in futbolçusu əməliyyat olundu
18.10.2023 - 13:05
“Səbail”in futbolçusu əməliyyat olundu

"Səbail"in futbolçusu Cabir Əmirli əməliyyat olunub. 

Apasport.az xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

26 yaşlı müdafiəçi ayaq nahiyəsindən əməliyyat olunub. O, hazırda əməliyyat olunduğu Türkiyə xəstəxanasında bərpa keçir.

Qeyd edək ki, Cabir 2021-ci ilin yayından paytaxt klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 matçın hamısında meydana çıxıb.
 

0