“Səbail”in legioneri əməliyyat olundu
16.12.2023 - 16:38
“Səbail”in legioneri əməliyyat olundu

“Səbail”in futbolçusu David Qomisin durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Yarımmüdafiəçi əməliyyat olunub. Onun əməliyyatı Türkiyənin İstanbul şəhərində gerçəkləşib.

Qeyd edək ki, Qomis Premyer Liqanın 17-ci turunun “Sabah”la matçında zədələnib.
 

0