Sabah keçiriləcək Azərbaycan - Haiti matçından öncə qonaqların baş məşqçisi Sebastian Miqnenin mətbuat konfransı keçirilib.
"Gözləntilərimiz əlbəttə ki, qələbədir. Sonda hər zaman bir qalib olur. Qələbə istəyini komandaya aşılamağa çalışırıq. Avropa təlim-məşq toplanışının son oyunudur. Bu oyun bizim qarşıdakı seçimlərimizlə bağlı suallarımıza cavab olacaq".
- Rəqiblə tanışsız?
- Bəli. Bizim skautlarımız var. Analitiklərimizlə rəqibi təhlil etmişik. Azərbaycan millisi Avropa komandasıdır. Ona görə də məlumat əldə etmək rahatdır. Mən daha çox oyunu öz komandam üzərindən düşünürəm. Azərbaycan millisi yaxşı rəqibdir.
- Sabahkı oyun üçün heyəti müəyyənləşdirmisiz?
- Müəyyən fikirlərim var. Hələ bir məşqimiz də olacaq. Həmin məşq bitdikdən sonra yekun heyətlə bağlı qərar verəcəm.
- Zədəli futbolçularınız var?
- Bura gətirilən 23 oyunçudan zədəli və ya hazır olmayan yoxdur. Hər kəs oynaya bilər.
- Azərbaycan yığması Pakistanla qarşılaşacaq
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT