“Şəfa”dan darmadağın, Şimal derbisində 6 qol
22.04.2025 - 22:35
“Şəfa”dan darmadağın, Şimal derbisində  6 qol

Futbol üzrə Azərbaycan II Liqasında XXII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Şimal derbisində "Qusar" "Hypers Quba" ilə üz-üzə gəlib. 6 qolun vurulduğu görüşdə qonaqlar qələbə qazanıblar.

"Şəfa" isə "Göygöl"ü meydana çıxmağa peşman edib. Komanda rəqib qapısından 6 cavabsız top keçirib.

II Liqa
22 aprel 
14:00. “Qusar” – “Hypers Quba” - 2:4
Qollar: 
Ş. Vəlizadə, 51; Ə. Məmmədli, 66 – C. İmamverdiyev, 24 - pen; R. Qurbanov, 58, 78; A. Həşimli, 62
Neftçi Futbol Mərkəzi (IV meydança)

16:00. “Dinamo” – “Şəki Siti” - 1:1
Qollar:
 Ə. İsayev, 71 - pen. – Ə. Tağızadə, 8
Qırmızı vərəqə: Ə. Ağayev, 90+3 ("Dinamo")
Binə qəsəbə stadionu

17:00. “Şəfa” – “Göygöl” - 6:0
Qollar: 
E. Hüseynzadə, 9, 55; E. Nəsibov, 22, 35; C. Baxşəliyev, 68; E. Cəfərov, 77
“ASK Arena”

17:00. “Şahdağ Qusar” – “Ağdaş” - 3:1
Qollar: 
F. Camalov, 45, 59; E. Quliyev, 88 – E. İsmayılov, 54
Şamaxı OİK stadionu